Maka Bocorişvili İsraildə rəsmi səfərdədir
Maka Bocorişvili İsraildə rəsmi səfərdədir

 

Xarici işlər naziri vəzifəsində Maka Bocorişvili İsrail Dövlətində ilk rəsmi səfərdədir. Bu haqda məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.

Qurumun məlumatında, Maka Bocorişvilinin İsrail Dövlətinin xarici işlər naziri Qideon Saar, Knessetin spikeri Amir Ohana, milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi naziri Avi Dixter ilə görüşlər keçirəcəyi deyilir.

17-18 noyabr səfəri çərçivəsində Gürcüstanın xarici işlər naziri Qüdsün Ortodoks Patriarxlığını ziyarət edəcək və Qüdsün patriarxı əqdəs III Teopile ilə görüşəcək.

Maka Bocorişvili Qüdsdə Holokost qurbanlarının memorialını “Yad Vaşem”i əklillə bəzəyəcək.