Maka Boçorişvili – Hökumət ölkədə sabitliyi qorumaq üçün hər şeyi edir və bu, eyni zamanda Avropa İttifaqına üzvlük üçün əsas şərtdir

19:59, 16.02.2026

“Gürcüstan həqiqətən də uzun illərdir ki, Avropa İttifaqına üzv olmaq üçün səmimi arzuya malik ölkədir və bu istiqamətdə irəliləməyə can atır. 2014-cü ildən ölkə assosiasiya tərəfdaşıdır və Avropa İttifaqına inteqrasiya prosesində nəzərdə tutulan bütün öhdəlikləri uğurla yerinə yetirir”, – bunu Gürcüstanın Xarici İşlər naziri Maka Boçorişvili bildirib.

Maka Boçorişvili Slovakiyanın Xarici İşlər naziri Juray Blanar ilə birgə keçirilən mətbuat konfransında deyib ki, çox vaxt Avropa inteqrasiyası prosesi ölkədə siyasi proseslərdə iştirak və müəyyən təzyiq aləti kimi istifadə olunur:

“Ölkəmiz son dövrlərdə çoxsaylı dezinformasiya kampaniyalarının qurbanı olub. Beynəlxalq ictimaiyyətə çoxlu yanlış məlumat verilib və ölkədə bir sıra proseslər xarici müdaxilələrlə idarə olunub. Gürcüstanın məqsədi ölkədə sülh, sabitlik və demokratik proseslərin hər hansı digər demokratik ölkədə olduğu kimi, xarici müdaxilələrsiz aparılmasıdır. Biz çalışırıq ki, bu demokratik proses qanunvericilik çərçivəsinə salınsın. Hər bir ölkə belə edər, əgər ölkədə çağırışlar varsa. Çağırışlarla mübarizə aparmaq üçün qanunvericilik çərçivəsi lazımdır. Ölkənin üzləşdiyi çağırışlar təhlükəsizliklə bağlıdır və hökumət ölkədə sabitliyi və sülhü qorumaq üçün hər şeyi edir. Bu, ölkənin Avropa İttifaqına üzvlüyü üçün şərtdir. Sabitlik olmadan Avropa İttifaqına üzvlük üçün lazım olan islahatları həyata keçirmək mümkün olmayacaq. Odur ki, məhz bu hökumət ölkənin Avropa İttifaqına üzvlüyü üçün əsas yaradır. Hökumətin açıqladığı məqsəd budur ki, 2030-cu ilə qədər Gürcüstan namizəd ölkələr arasında üzvlüyə ən yaxşı hazırlaşmış ölkə olacaq”, – deyə Boçorişvili bildirib.

Oxşar