Maka Bocorişvili Hindistan Respublikasının Gürcüstandakı səfiri ilə görüşüb

19:04, 13.07.2026

 

Gürcüstanın vitse-baş naziri, xarici işlər naziri Maka Bocorişvili, cari ilin mart ayından etibarən Gürcüstandakı missiyasının icrasına başlayan Hindistan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Amit Kumar Mişra ilə tanışlıq xarakterli görüş keçirib.

Xarici İşlər Nazirliyinin məlumatına əsasən, görüşdə tərəflər iki ölkə arasındakı münasibətlərin dinamikasını və tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

İkitərəfli ticarət-iqtisadi əlaqələrin inkişafı qeyd olunub. Həmçinin müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətinə toxunulub.

Gürcüstanın xarici işlər naziri Hindistan səfirinə gələcək fəaliyyətində uğur arzulayıb.

Oxşar