Maka Bocorişvili - Gürcüstanın Orta Dəhlizin inkişafında əhəmiyyətli töhfəsi var, regionda istənilən tranzit layihəsi haqqında danışarkən Gürcüstandan yan keçmək imkansızdır
Maka Bocorişvili - Gürcüstanın Orta Dəhlizin inkişafında əhəmiyyətli töhfəsi var, regionda istənilən tranzit layihəsi haqqında danışarkən Gürcüstandan yan keçmək imkansızdır

 

Gürcüstanın Orta Dəhlizdəki rolunu görməməzlikdən gəlmək imkansızdır – bu haqda Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili bildirib.

Onun sözlərinə əsasən, Gürcüstanın Orta Dəhlizin inkişafında əhəmiyyətli töhfəsi var.

“Gürcüstanın Orta Dəhlizin inkişafında əhəmiyyətli töhfəsi var. Müvafiq olaraq, regionda istənilən tranzit layihəsinin həyata keçirilməsi haqqında danışarkən, Gürcüstandan yan keçmək imkansızdır, bu, real vəziyyətdir və heç də təəccüblü deyil ki, Orta Dəhliz haqqında danışanda Gürcüstanı nəzərə almadan danışmaq mümkün deyil” – Bocorişvili qeyd edib.

Məlumat üçün bildirək ki, “Euronews” məqalə hazırlayıb və məqalədə deyilir: “ABŞ və Azərbaycan daha geniş Orta Dəhlizin bir hissəsi olan və Gürcüstanı da əhatə edən “Tramp Yolu” layihəsini həyata keçirməyə başlayırlar”.