Maka Bocorişvili - Gürcüstanın müstəqilliyinin bərpa olunduğu gündən 30 ildən çox vaxt keçir, lakin biz yenə də suverenlik və ərazi bütövlüyü uğrunda mübarizə ilə yolumuza davam edirik
Gürcüstanın müstəqilliyinin bərpa olunduğu gündən 30 ildən çox vaxt keçir, lakin biz yenə də suverenlik və ərazi bütövlüyü uğrunda mübarizə ilə yolumuza davam edirik. Yaxın tarix bir daha sübut edir ki, gələcək inkişaf üçün sülh və sabitlik həlledici əhəmiyyətə malikdir – bu haqda xarici işlər naziri Maka Bocorişvili BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində yüksək səviyyəli seqmentdə çıxışı zamanı bildirib.
Nazir Rusiyanın Gürcüstanın iki bölgəsini – Abxaziya və Sxinvalini işğal etməsi nəticəsində Gürcüstanın üzləşdiyi təhlükəsizlik və humanitar problemləri vurğulayıb.
O bildirib ki, işğal və məcburi köçkünlərin və qaçqınların öz doğma yurdlarına qayıtmaq hüququndan məhrum edilməsi fonunda işğal olunmuş ərazilərdə keçirilən istənilən qondarma seçkilər qanunsuzdur və hüquqi qüvvəyə malik deyil, çünki beynəlxalq hüququn fundamental prinsip və normalarına ziddir.