Maka Bocorişvili - Gürcüstan üçün Azərbaycanla strateji tərəfdaşlıq əhəmiyyətlidir, iki ölkə arasında gündəm çox intensiv və maraqlıdır
Maka Bocorişvili - Gürcüstan üçün Azərbaycanla strateji tərəfdaşlıq əhəmiyyətlidir, iki ölkə arasında gündəm çox intensiv və maraqlıdır

 

Gürcüstanla Azərbaycan arasındakı strateji tərəfdaşlığın arxasında Azərbaycan və gürcü xalqları arasında möhkəm dostluq dayanır. Gürcüstan və Azərbaycan arasında tərəfdaşlıq çox intensivdir – bu haqda Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

Bocorişvili bildirib ki, iki ölkə arasında gündəm çox intensiv və maraqlıdır.

Maka Bocorişvili Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovu Gürcüstana səfərə dəvət edib.

“Qonaqpərvərliyə görə təşəkkür edirəm. Xarici işlər naziri kimi Azərbaycana ilk səfərimi etməyim, Bakıda, bu qeyri-adi şəhərdə olmağım mənim üçün həqiqətən böyük şərəfdir. Gürcüstan üçün Azərbaycanla strateji tərəfdaşlıq çox əhəmiyyətlidir. Bizim strateji tərəfdaşlığımızın arxasında Azərbaycan və gürcü xalqları arasında möhkəm dostluq dayanır və bu, Gürcüstan üçün çox mühüm tərəfdaşlıqdır. Bu, mənim səfərimin bu gün Azərbaycana baş tutmasında və Gürcüstanla Azərbaycan arasında tərəfdaşlığın çox intensiv olmasında ifadə olunur.

Biz məmnunuq ki, bu tərəfdaşlıq siyasi səviyyədə çox intensivdir. Sabah baş nazir Bakıya səfər edəcək və İqtisadi Komissiyanın 10-cu iclasını keçirmək imkanımız olacaq ki, bu da bizə bir daha ölkələrimiz arasında mühüm məsələləri müzakirə etmək imkanı verir. Bu, iki ölkə arasında gündəmin çox intensiv və maraqlı olduğunun daha bir təsdiqidir.

Həmçinin, bir daha fürsətdən istifadə edib sizi Gürcüstana dəvət etmək istərdim. Xarici işlər nazirləri səviyyəsində də siyasi dialoqun intensiv olması bizim üçün çox vacibdir və əminəm ki, dostluğumuz vasitəsilə iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə töhfə verəcəyik.

Görüş çərçivəsində Gürcüstan və Azərbaycan üçün vacib olan bütün mühüm məsələlər haqda danışmaq imkanımız oldu. Həm Gürcüstan, həm də Azərbaycan regionda olduqca mühüm rol oynayır və iki ölkə arasında mövcud həqiqətən nümunəvi əlaqələr yalnız regionumuzun bu gün üzləşdiyi imkanlardan daha yaxşı istifadə etmək üçün istifadə edilə bilər.

Azərbaycanın Gürcüstan üçün ilk beş iqtisadi tərəfdaşdan biri olduğunu söyləmək həqiqətən xoşdur, o, olduqca mühüm tərəfdaşdır. Ümidvaram ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq daha da intensivləşəcək və bu, Gürcüstanın və Azərbaycanın regionda daha yaxşı mövqe tutmasına töhfə verəcək.

Biz əlbətdə, həm Gürcüstanın, həm də Azərbaycanın illərdir həyata keçirdikləri, təkcə iki ölkə üçün deyil, bütün region üçün vacib olan mühüm layihələrdən danışdıq. Hazırda iki ölkə arasında fəaliyyət göstərən bu tarixi layihələr yalnız gələcək, daha da mühüm layihələrin həyata keçirilməsi üçün əsas ola bilər” – Maka Bocorişvili bildirib.