Maka Bocorişvili - Gürcüstan hər zaman Ermənistan və Azərbaycanın gəlib regionda davamlı sülhə nail olmağımız üçün dialoq məkanı kimi istifadə edə biləcəyi bir yer olacaq
Gürcüstan dəfələrlə bəyan edib ki, biz Azərbaycan və Ermənistan arasında münaqişənin yekun həllinə, regionda davamlı sülhün olması üçün sülh müqaviləsinin imzalanmasına töhfəmizi verməyə hazırıq – bu haqda Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili “Delphi Economic Forum”da keçirilən panel müzakirəsi zamanı bildirib.
O bildirib ki, Gürcüstan və Tbilisi hər zaman Ermənistan və Azərbaycanın gəlib Gürcüstandan dialoq üçün istifadə edə biləcəyi yer olub və olacaq.
“Gürcüstan dəfələrlə bəyan edib ki, biz Azərbaycan və Ermənistan arasında münaqişənin yekun həllinə, regionda davamlı sülhün olması üçün sülh müqaviləsinin imzalanmasına töhfə verməyə hazırıq.
Biz hər iki tərəfdaşla, hər iki qonşu ilə münasibətlərə kömək etməyə hazırıq. Gürcüstan və Tbilisi hər zaman hər iki tərəfin, Ermənistanın da və Azərbaycanın da gəlib Gürcüstandan dialoq üçün istifadə edə biləcəyi yer olub və olacaq və gürcü tərəfi son nəticədə regionda davamlı sülhə nail olmağımız üçün hər zaman bu prosesin dəstəkçisi olacaq” – Maka Bocorişvili bildirib.