Maka Bocorişvili - Gürcüstan, Ermənistan və Azərbaycan xarici işlər nazirliklərinin nümayəndələrinin iştirakı ilə keçirilən görüş yaxşı fürsətdir, ümid edirəm ki, bu formatda iş davam edəcək
Maka Bocorişvili - Gürcüstan, Ermənistan və Azərbaycan xarici işlər nazirliklərinin nümayəndələrinin iştirakı ilə keçirilən görüş yaxşı fürsətdir, ümid edirəm ki, bu formatda iş davam edəcək

 

Gürcüstan, Ermənistan və Azərbaycan arasında nazir müavinləri səviyyəsində bu gün ilk görüş baş tutdu, bu, Tbilisinin ev sahibliyi etdiyi çox vacib dialoqdur – bu barədə Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili bildirib.

Nazir, sözügedən üçtərəfli formatın region üçün vacib məsələlərin müzakirəsi baxımından yaxşı fürsət olduğunu deyib.

“Gürcüstan, Ermənistan və Azərbaycan xarici işlər nazirliklərinin nümayəndələrinin iştirakı ilə görüş keçirildi, bu isə regionumuza aid məsələləri müzakirə etmək üçün yaxşı fürsətdir. Gürcüstanın regionumuzda sülhə və sabitliyə maksimum dəstək göstərmək məqsədi var. Əlbəttə, hər iki qonşu ilə həm Azərbaycanla, həm də Ermənistanla bu formatda münasibətlər önəmlidir. Bu, ilk dəfə baş verir. İşçi formatda region üçün vacib məsələləri müzakirə edə bildik. Ümid edirəm ki, hər üç ölkə arasında qeyd olunan formatda iş yenə davam edəcək və gələcəkdə hər üç ölkə üçün vacib olan məsələlər ətrafında müzakirə apara və işi davam etdirə biləcəyik” – Bocorişvili bildirib.