Xarici işlər naziri Maka Bocorişvili Fransa Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Şeraz Qasri ilə vida görüşü keçirib.
Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına əsasən, görüşdə Gürcüstan və Fransa Respublikası arasında əməkdaşlığın mövcud gündəliyi, geniş regiondakı proseslər haqqında danışıblar. Qeyd olunub ki, ümumi təhdid və çağırışların aradan qaldırılması məqsədilə fəal dialoq və fikir mübadiləsi vacibdir.
Gürcüstanın Avropa İttifaqına inteqrasiyası məsələsi müzakirə edilən məsələlər arasında olub. Bu prosesdə gələcək əməkdaşlığın vacibliyi vurğulanıb və Avropa İttifaqı-Gürcüstan münasibətlərinin adi gündəminə qayıdacağına ümid ifadə olunub.
Nazir səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.