Maka Bocorişvili Ermənistan Milli Assambleyasının Xarici Əlaqələr Komitəsinin sədri ilə görüşüb
Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili Gürcüstanda səfərdə olan Ermənistan Milli Assambleyasının Xarici Əlaqələr Komitəsinin sədri Sarqis Xandanyan və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında, tərəflərin Gürcüstan-Ermənistan çoxölçülü strateji tərəfdaşlığının müsbət inkişafını və ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanlarını qeyd etdikləri deyilir.
“Parlament diplomatiyasının vacib roluna xüsusi diqqət yönəldilib. Həmçinin, ölkələr arasında mövcud gündəliyin müsbət tendensiyalarını təsdiqləyən yüksək səviyyəli səfərlərin fəal dinamikası qeyd edilib.
Regionda davamlı sülhün və sabitliyin bərqərar olmasının vacibliyi və Gürcüstanın regionda təhlükəsizliyin, əməkdaşlığın və inkişafın güclənməsinə kömək etməyə hazır olması vurğulanıb” – Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.