Maka Bocorişvili “Delfi İqtisadi Forumu”nun təsisçisi və prezidenti Simeon Çomokos ilə görüşüb

10:37, 27.10.2026

 

“Sofiya İqtisadi Forumu” çərçivəsində Gürcüstanın vitse-baş naziri, xarici işlər naziri Maka Bocorişvili “Delfi İqtisadi Forumu”nun təsisçisi və prezidenti Simeon Çomokos ilə görüş keçirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında, görüşdə aktual siyasi, iqtisadi və geosiyasi məsələlər üzrə yüksəksəviyyəli dialoqun aparılması nöqteyi-nəzərdən forumun rolunun vurğulandığı deyilir.

Simeon Çomokos forum çərçivəsində təşkil olunan tədbirlərdə iştirak etdiyi üçün vitse-baş nazir, xarici işlər nazirinə təşəkkürünü bildirib.

Həmçinin “Delfi İqtisadi Forumu”nun himayəsi ilə Tbilisi Dialoqunun təşkili ilə bağlı məsələlər müzakirə olunub.

Oxşar