Maka Bocorişvili Çinin səfiri Cou Tsien ilə vida görüşü keçirib
Gürcüstanın vitse-baş naziri, xarici işlər naziri Maka Bocorişvili Çin Xalq Respublikasının Gürcüstandakı diplomatik missiyasını başa vuran fövqəladə və səlahiyyətli səfiri Cou Tsien ilə vida görüşü keçirib.
Xarici İşlər Nazirliyi görüşdə tərəflərin Gürcüstan-Çin münasibətlərindən və son illərdə əldə olunmuş tərəqqidən danışdıqlarına dair məlumat verir.
Nazir səfirə iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.