Maka Bocorişvili Çin Xalq Respublikasının xarici işlər nazirinin dəvəti ilə Pekinə səfər edəcək
Maka Bocorişvili Çin Xalq Respublikasının xarici işlər nazirinin dəvəti ilə Pekinə səfər edəcək

 

Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yinin dəvəti ilə Pekinə səfər edəcək. Bu haqda məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.

Qurumun məlumatına əsasən, rəsmi səfər çərçivəsində Maka Bocorişvili həmkarı, Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yi ilə görüş keçirəcək.

Pekinə səfər etməzdən əvvəl Maka Bocorişvili Gürcüstanın Baş naziri İrakli Kobaxidze və hökumət nümayəndə heyəti ilə birlikdə Beynəlxalq İdxal Sərgisində iştirak etdiyi Şanxayda olub. Bu il Gürcüstan sərgidə fəxri qonaq statusu ilə iştirak edib.