Maka Bocorişvili Çin Xalq Respublikasının Etnik Məsələlər üzrə Milli Komissiyasının komissarı ilə görüş keçirib

19:41, 16.06.2026

 

Vitse-baş nazir, xarici işlər naziri Maka Bocorişvili Gürcüstanda səfərdə olan Çin Xalq Respublikasının Etnik Məsələlər üzrə Milli Komissiyasının (NEAC) komissarı Tsin İci ilə görüş keçirib.

Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Gürcüstan və Çin arasında ikitərəfli münasibətlərin dinamikasına və hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi potensialına toxunulub.

“Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirinin Aparatı ilə Çin Xalq Respublikasının Etnik Məsələlər üzrə Milli Komissiyası arasında əməkdaşlığın əhəmiyyətinə diqqət yönəldilib. Görüş çərçivəsində siyasi dialoqun yüksək səviyyədə qorunub saxlanılması, Çin tərəfindən Gürcüstanın ərazi bütövlüyü və suverenliyinin, Gürcüstan tərəfindən isə “Vahid Çin” siyasətinin dəstəklənməsi xüsusilə qeyd olunub” — Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Oxşar