Maka Boçorişvili Cenevrədə, BMT-nin İnsan Hüquqları Şurasının tədbirində iştirak edəcək
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili 23 fevral tarixində Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyasının yüksək səviyyəli seqmentində iştirak edəcək və iştirakçılara müraciət edəcək.
Bu barədə məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.
Onların bildirdiyinə görə, səfər çərçivəsində xarici işlər nazirinin beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşləri planlaşdırılıb.