Maka Bocorişvili - Bu gün Omandan 170-ə qədər vətəndaşın faydalanacağı aviareys həyata keçiriləcək, bu, vətəndaşları təhlükəsiz şəkildə vətənə qaytarmaq üçün hökumətin qərarıdır
Bu gün Omandan Gürcüstana bir reys həyata keçiriləcək və vətənə qayıtmaq istəyi olan 170-ə qədər Gürcüstan vətəndaşı bundan faydalanacaq, bu, Gürcüstan hökumətinin qərarıdır – bu haqda Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili bildirib.
Nazirin sözlərinə əsasən, bu aviareys Gürcüstan vətəndaşlarına, qərar və istəkləri olması halında, təhlükəsiz şəkildə vətənə qayıtmaq imkanı verir.
“Yaxın Şərq regionunda cari proseslərdən irəli gələrək, bir neçə ölkənin hava məkanı bağlıdır, müvafiq olaraq regionda olan Gürcüstan vətəndaşları səyahətlə əlaqədar maneələrlə üzləşirlər. Buna görə də Gürcüstan hökuməti buna imkan verən və hava məkanı açıq olan ölkələrdən həyata keçiriləcək xüsusi reyslər təşkil etmək haqqında qərar qəbul edib. Müvafiq olaraq, bu gün Omandan Gürcüstana bir reys həyata keçiriləcək və vətənə qayıtmaq istəyi olan 170-ə qədər Gürcüstan vətəndaşı bundan faydalanacaq. Bu, Gürcüstan hökumətinin qərarıdır və Gürcüstan vətəndaşlarına, qərar və istəkləri olması halında, təhlükəsiz şəkildə vətənə qayıtmaq imkanı verir” – Bocorişvili bildirib.