Maka Bocorişvili - Brüssel tərəfindən obyektiv qiymətləndirmələrin əksikliyini o qədər hiss edirik ki, genişlənmə hesabatı ilə bağlı müsbət və ya obyektiv qiymətləndirmələrə dair gözləntimizin olması çətindir
Maka Bocorişvili - Brüssel tərəfindən obyektiv qiymətləndirmələrin əksikliyini o qədər hiss edirik ki, genişlənmə hesabatı ilə bağlı müsbət və ya obyektiv qiymətləndirmələrə dair gözləntimizin olması çətindir

 

Ümumiyyətlə, görürük ki, Brüssel tərəfindən Avropaya inteqrasiya ilə bağlı bütün məsələlər siyasi məqsədlər üçün və alət kimi istifadə olunur. Bu hesabatın da bu istiqamətdə bir növ vasitə olacağını istisna etmirəm – bu haqda Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili noyabrın 4-də dərc olunması planlaşdırılan Avropa Komissiyasının genişlənmə hesabatı ilə bağlı deyib.

Bocorişvili bildirib ki, Brüssel tərəfindən Gürcüstanda gedən proseslərin obyektiv şəkildə görülməsinə maraq azdır, buna görə də hesabatda müsbət qiymətləndirmələrin olacağına dair gözləntisi yoxdur.

“Nəyin əks olunacağını əvvəlcədən demək çətindir, lakin bu hesabatın nə qədər obyektiv ola biləcəyini ehtimal edə bilərik. Bütün il ərzində müşahidə edirik və görürük ki, Brüssel tərəfindən Gürcüstanda gedən proseslərin obyektiv şəkildə görülməsinə maraq azdır. Bundan irəli gələrək, gələn həftə dərc olunacaq hesabatda obyektiv qiymətləndirmələrin olacağını gözləmək çox çətindir. Brüssel tərəfindən obyektiv qiymətləndirmələrin əksikliyini o qədər hiss edirik ki, ona belə nail ola bilmədik ki, 4 oktyabr hadisələrinə öz adı qoyulaydı və obyektiv şəkildə qiymətləndiriləydi, Brüssel zorakılıqla, Gürcüstanın demokratik təsisatlarına edilmiş hücumla arasına məsafə qoyaydı. Bundan irəli gələrək, Avropa Komissiyasının hesabatı ilə bağlı müsbət və ya obyektiv qiymətləndirmələrə dair gözləntimizin olması çətindir” – Maka Bocorişvili bildirib.