Maka Bocorişvili - Brüssel gürcü cəmiyyətini təhdid etmək üçün bütün mexanizm və təsir vasitələrindən istifadə edir
Ümid edirəm ki, Brüsseldə gürcü xalqını cəzalandırmağa yönəlmiş qərar qəbul etməyəcəklər – bu haqda xarici işlər naziri Maka Bocorişvili deyib.
O bildirib ki, gürcü cəmiyyətini vizasız səyahətin dayandırılması ilə qorxutmağın əsası yoxdur.
“Gürcüstana münasibətdə viza rejimi qaydalarında dəyişiklikləri müzakirə edirlər, gürcü cəmiyyətini vizasız səyahətin dayandırılması məsələsi ilə qorxutmaq üçün heç bir əsas olmayanda daim bu məsələdən danışırlar. Bizə aydın olur ki, Brüssel gürcü cəmiyyətini təhdid etmək və ya gürcü cəmiyyətinə yönəlik müəyyən cəza alətlərindən istifadə etmək üçün bütün mexanizmlərdən, bütün təsir vasitələrindən istifadə edir. Ümid edirəm ki, Brüsseldə gürcü cəmiyyətini, gürcü xalqını cəzalandırmağa yönəlmiş belə qərar qəbul etməyəcəklər” – Bocorişvili bildirib.