Maka Bocorişvili Britaniyanın xarici işlər naziri ilə telefon danışığı apardığını bildirir
Britaniyanın xarici işlər naziri ilə görüş olsaydı belə, bunda sensasion nə var, hərçənd belə bir görüş baş tutmayıb – bu haqda xarici işlər naziri Maka Bocorişvili deyib.
Nazirə guya Britaniyanın xarici işlər naziri ilə görüşməsi haqda yayılmış məlumatla bağlı sual veriblər.
“Görüş olsaydı belə, bunda sensasion nə var, hərçənd mənimlə britaniyalı nazir arasında belə bir görüş baş tutmayıb. Müxtəlif nazirlərlə dəfələrlə telefon danışıqları baş tutub, təbii ki, telefon danışıqlarım olmalıdır və olur da. Məlumat ictimailəşdirilməyəndə, bu da tərəflər arasındakı söhbətin məzmunundan irəli gəlir. Bu söhbətdə xüsusi vurğunun nəyə edildiyi ilə maraqlanırsınızsa, sizə deyə bilərəm ki, söhbət, bir tərəfdən, Britaniyanın 17 ildən sonra ölkəmizin iki regionunun işğalını “işğal” adlandırmasına aid idi və eləcə də sanksiyalar məsələsinə toxunuldu, o cümlədən Gürcüstanın sanksiyalardan yayınmaq üçün istifadə olunmaması məqsədilə hər şeyi uğurla yerinə yetirdiyi və həyata keçirdiyi məsələsinə. Düşünmürəm ki, bu iki mövzuda nəsə sensasion və ya xüsusi əhəmiyyətli bir şey olub. Onun ictimailəşdirilməsi-ictimailəşdirilməməsi gürcü cəmiyyəti üçün heç nəyi dəyişmir. İkincisi, görüşlə bağlı yalanların nəyə xidmət etdiyini bu cür məlumatı yoxlamamış yayanlardan soruşmalısınız” – Maka Bocorişvili bildirib.