Maka Boçorişvili Braziliya xarici işlər naziri ilə görüşdü
Maka Boçorişvili Braziliya xarici işlər naziri ilə görüşdü

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Dubrovnik 2025 Forumu çərçivəsində Braziliya Federativ Respublikasının xarici işlər naziri Mauro Luiz Leker Vieyra ilə görüşüb.

Görüşdə Gürcüstan və Braziliya arasındakı dostluq münasibətləri və əməkdaşlıq perspektivləri müzakirə olunub. Gürcüstan üçün Latın Amerikası və Karib dənizi regionu ölkələri ilə əməkdaşlığın əhəmiyyətinə və bu baxımdan Braziliyanın roluna xüsusi diqqət yetirilib.

Nazirlər iki ölkə arasında münasibətlərin gələcək inkişaf perspektivləri barədə danışıblar, yüksək səviyyəli səfərlərin qarşılıqlı həyata keçirilmə imkanları qeyd olunub. Həmçinin iqtisadiyyat, turizm, mədəni-humanitar və xalqlar arasında münasibətlər sahəsində əməkdaşlığın dərinləşdirilməsi potensialı müzakirə olunub. Gürcüstanın işğal olunmuş regionlarında mövcud vəziyyət və təhlükəsizlik mühiti də müzakirə mövzusu olub. Nazirlər iki ölkə arasında əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə gələcəkdə sıx əməkdaşlığa hazır olduqlarını ifadə ediblər.