Maka Bocorişvili Boliviyanın xarici işlər naziri ilə görüşüb

22:33, 21.09.2026

 

Nyu-Yorkda, BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Gürcüstanın vitse-baş naziri, xarici işlər naziri Maka Bocorişvili Boliviyanın xarici işlər naziri Ektor Fransisko Uanka Qutierres ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, xarici işlər naziri boliviyalı həmkarını seçkilərin nəticələri və vəzifəyə təyin olunması münasibətilə təbrik edib.

“Görüşdə tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə ediblər. Siyasi dialoqun dərinləşdirilməsinə hazırlıq və müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi perspektivləri qeyd edilib.

Diqqət, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qətnamələrin və namizədliklərin qarşılıqlı dəstəklənməsi məsələlərinə ayrılıb” — Gürcüstanın Xarici İşlər Nazirliyi tərəfindən yayılmış məlumatda qeyd olunub.

Oxşar