Maka Bocorişvili BMT-nin insan hüquqları üzrə ali komissarı ilə görüşüb
BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyasının yüksək səviyyəli seqmenti çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Turk ilə görüş keçirib.
Gürcüstanın işğal altındakı ərazilərində mövcud təhlükəsizlik mühiti və münaqişənin sülh yolu ilə tənzimlənməsinə olan ehtiyaca toxunulub. Xarici İşlər Nazirliyinin rəhbəri işğal altındakı ərazilərdə mövcud vəziyyətin BMT-nin gündəliyində yüksək səviyyədə qorunub saxlanılması məsələsinə diqqət yetirib. Həmçinin, BMT-nin insan hüquqları üzrə ali komissarının ofisinin (OHCHR) və digər beynəlxalq monitorinq mexanizmlərinin işğal altındakı ərazilərə buraxılmasının vacibliyini vurğulayıb.
Nazir qeyd edib ki, Gürcüstan BMT-nin İnsan Hüquqları Şurasına “Gürcüstanla əməkdaşlıq” adlı qətnaməni yenidən təqdim edəcək.
Həmçinin, görüş çərçivəsində Gürcüstandakı cari proseslərə və regionda mövcud təhlükəsizlik mühitinə toxunulub. Tərəflər insan hüquqlarının qorunması kimi vacib məsələ üzrə əməkdaşlığı davam etdirməyə hazır olduqlarını ifadə ediblər.
Gürcüstanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumatı yayır.