Maka Bocorişvili BMT-nin İnkişaf Proqramının Avropa və MDB ölkələri üzrə Regional Bürosunun direktoru ilə görüşüb
Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili BMT-nin baş katibinin köməkçisi, BMT-nin İnkişaf Proqramının (UNDP) administratorunun müavini və UNDP-nin Avropa və MDB ölkələri üzrə Regional Bürosunun direktoru İvana Jivkoviç ilə görüş keçirib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, görüş çərçivəsində tərəflər Gürcüstan hökuməti ilə UNDP arasında mövcud 30 illik sıx tərəfdaşlıq və əməkdaşlığın əsas istiqamətlərini müzakirə ediblər. O cümlədən, UNDP-nin ölkədə dayanıqlı inkişafın təşviqi nöqteyi-nəzərdən göstərdiyi səyə diqqət yetirilib.
“Ölkənin regiondakı roluna, Orta Dəhlizin potensialına və onun artan əhəmiyyətinə toxunulub. Bu kontekstdə Gürcüstanda iqtisadi və infrastruktur sahələrinin dəstəklənməsi prosesində UNDP-nin iştirakının əhəmiyyəti vurğulandı” – Xarici İşlər Nazirliyi tərəfindən yayılmış məlumatda deyilir.
Onların məlumatına əsasən, həmçinin Rusiya tərəfindən Gürcüstanın işğal olunmuş regionlarında mövcud ağır humanitar vəziyyətə toxunulub.
UNDP-nin nümayəndəsi Gürcüstana səfəri çərçivəsində həmçinin ölkənin sahəvi qurumlarının nümayəndələri ilə görüşlər keçirir.