Maka Bocorişvili BMT Baş Assambleyasının baş debatlarının 80-ci sessiyasında iştirak edəcək
Maka Bocorişvili BMT Baş Assambleyasının baş debatlarının 80-ci sessiyasında iştirak edəcək

 

Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili Amerika Birləşmiş Ştatlarına yollanıb.

Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Maka Bocorişvili Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili ilə birlikdə BMT Baş Assambleyasının baş debatlarının (UNGA) 80-ci sessiyasında iştirak edəcək.

Səfər çərçivəsində xarici işlər nazirinin həmkar nazirlər ilə yüksək səviyyəli görüşləri keçiriləcək.

Həmçinin, Maka Bocorişvilinin müxtəlif forumlar çərçivəsində çıxışı və nazirin yüksək səviyyəli tədbirlərdə iştirakı planlaşdırılır.