Maka Bocorişvili – BMT Baş Assambleyası çərçivəsində Gürcüstan və region üçün vacib olan məsələləri ali səviyyədə müzakirə etmək imkanımız olacaq

19:55, 21.09.2026

 

Gürcüstanın Baş nazirinin Nyu-Yorka səfəri başlayıb, BMT Baş Assambleyası çərçivəsində bu gün həmkarlarla ikitərəfli görüşlər planlaşdırılır. Gürcüstan və region üçün vacib olan məsələləri ali səviyyədə müzakirə etmək imkanımız olacaq — bu barədə Gürcüstanın vitse-baş naziri, xarici işlər naziri Maka Bocorişvili jurnalistlərə söhbəti zamanı deyib.

Maka Bocorişvilinin sözlərinə əsasən, baş nazir bu gün Avropa İttifaqı tərəfindən təşkil edilən və multilateralizmə həsr olunmuş tədbirdə iştirak edəcək.

“Bu gün, həmçinin baş nazirin Avropa İttifaqının təşkilatçılığı ilə keçirilən və multilateralizmə həsr olunacaq tədbirdə iştirakı planlaşdırılır və Gürcüstanın Baş naziri qeyd olunan müzakirədə iştirak edəcək” — vitse-baş nazir, xarici işlər naziri bildirib.

Oxşar