Maka Bocorişvili Birləşmiş Krallığın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Qaret Uord ilə görüşüb
Maka Bocorişvili Birləşmiş Krallığın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Qaret Uord ilə görüşüb

 

Xarici işlər naziri Maka Bocorişvili Birləşmiş Krallığın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Qaret Uord ilə görüşüb.

Tərəflər iki ölkə arasında münasibətlərin dinamikasını müzakirə ediblər. Bu kontekstdə xarici işlər naziri vurğulayıb ki, son vaxtlar Birləşmiş Krallığın icra və qanunvericilik hakimiyyətinin nümayəndələri tərəfindən verilən bəyanatlar və atılan addımlar, o cümlədən Gürcüstan vətəndaşlarına sanksiyaların tətbiqi, Gürcüstan və Birləşmiş Krallıq arasında strateji tərəfdaşlıq və dostluğa kölgə salır və çox vaxt Gürcüstanın daxili siyasi proseslərinə təsir göstərməyə yönəlib.

Xarici maliyyələşdirmə ilə bağlı Gürcüstanın qanunvericilik yeniliklərinə toxunulub. Səfir izah edib ki, yeni qanunvericiliyin müvafiq qaydalarının işlənilib hazırlanması prosesi son mərhələdədir və bütün maraqlı tərəflərə dərhal lazımi məlumat veriləcək.

Gürcüstanda gedən proseslərlə bağlı danışarkən xarici işlər naziri tərəfindən qeyd olunub ki, hüquqi proseslərin siyasiləşdirilməsi və beləliklə ədalət mühakiməsi prosesinə təsir göstərmək cəhdləri olmamalıdır.

Regionda mövcud təhlükəsizlik çağırışlarına toxunulub və bu kontekstdə, ölkənin sabitliyinin və təhlükəsizliyinin təmin edilməsi üçün dövlət institutlarının düzgün fəaliyyət göstərməsinin əhəmiyyəti vurğulanıb.

Məlumatı Xarici İşlər Nazirliyi yayır.