Maka Bocorişvili Birləşmiş Krallığın dövlət naziri Stiven Dauti ilə danışıb
Maka Bocorişvili Birləşmiş Krallığın dövlət naziri Stiven Dauti ilə danışıb

 
Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər məsələləri üzrə dövlət naziri Stiven Dauti ilə telefon danışığı aparıb.

Bu haqda məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.

Qurumun məlumatına əsasən, nazirlər son zamanlarda Gürcüstanda inkişaf etmiş hadisələri və iki ölkə arasında münasibətlərin dinamikasını nəzərdən keçiriblər.

“Birləşmiş Krallığın dövlət naziri bir daha Gürcüstandakı cari proseslərlə bağlı Birləşmiş Krallığın mövqeyini və narahatlığını ifadə edib. Öz növbəsində, Gürcüstanın xarici işlər naziri dövlət nazirini söhbət zamanı qaldırılan məsələlər barədə məlumatlandırıb və Birləşmiş Krallıq tərəfindən Gürcüstanla bağlı qəbul edilmiş qərarlardan, o cümlədən strateji dialoq formatının növbəti raundunun təxirə salınmasını və ölkə üçün proqram dəstəyinin dayandırılmasını nəzərdə tutan qərarlardan ürək ağrısını ifadə edib. Nazir Uordrop Strateji Dialoq formatında əməkdaşlığın əhəmiyyətini vurğulayıb və yaxın gələcəkdə müntəzəm görüşlərin bərpa olunacağına ümidvar olduğunu bildirib. Maka Bocorişvili Gürcüstandakı cari proseslərin obyektiv və qərəzsiz qiymətləndirilməsinin xüsusilə vacib olduğunu vurğulayıb. Həmçinin, o, Gürcüstanda keçirilən parlament seçkiləri, onun nəticələri və müxalifət tərəfindən bu gün də davam edən siyasi spekulyasiyalardan danışıb. Ölkədə davam edən etiraz çıxışlarına da toxunulub, aksiyaların dinc və qanuna əməl edilməklə keçirilməsinin zəruriliyi bir daha qeyd edilib, gürcü tərəfi aksiyalar çərçivəsində qeydə alınmış qanun pozuntularına dövlətin reaksiyası barədə Britaniya tərəfinə məlumat verib. Gürcüstanın Xarici İşlər Nazirliyinin rəhbəri Gürcüstanın Avropa və Avro-Atlantik istəklərinə sadiqliyini bir daha təsdiqləyib. Həmçinin, o, Gürcüstanın regionda son illərdə dəfələrlə sübuta yetirilmiş yaxın və etibarlı tərəfdaş kimi rolunu vurğulayıb. Son zamanlar inkişaf edən prosesləri nəzərə alaraq, qərbli tərəfdaşlar tərəfindən mühüm məsələlərlə bağlı Gürcüstan hökuməti ilə dialoqun zəruriliyinə diqqət yönəldilib” – Xarici İşlər Nazirliyi tərəfindən yayılmış məlumatda deyilir.