Maka Bocorişvili Birləşmiş Ərəb Əmirliklərinin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

14:22, 06.10.2026

 

Gürcüstanın vitse-baş naziri, xarici işlər naziri Maka Bocorişvili Birləşmiş Ərəb Əmirliklərinin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ahmed al-Nuaimi ilə görüşüb.

Tərəflər ikitərəfli münasibətlərin gündəliyindəki aktual məsələləri müzakirə ediblər.

Yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyəti qeyd olunub.

Həmçinin investisiya və iqtisadiyyat sahələrində əməkdaşlığın dinamikasına və gələcək perspektivlərinə diqqət yönəldilib.

Məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayır.

Oxşar