Maka Bocorişvili - Baş nazirin Kopenhagendə iqtisadi məsələlərə aid müzakirələrdə iştirak etməsi vacibdir
Maka Bocorişvili - Baş nazirin Kopenhagendə iqtisadi məsələlərə aid müzakirələrdə iştirak etməsi vacibdir

 

Avropa Siyasi Birliyi formatında Avropa regionuna aid bütün mühüm məsələlərlə bağlı müzakirələr aparılır, Gürcüstanın Baş nazirinin iqtisadi məsələlərə aid müzakirələrdə iştirak etməsi vacibdir – bu barədə xarici işlər naziri Maka Bocorişvili, baş nazir İrakli Kobaxidzenin Danimarka Krallığına səfəri ilə əlaqədar deyib.

O bildirib ki, Avropa Siyasi Birliyi formatı müxtəlif ölkələrin nümayəndələri ilə görüşlər və ünsiyyət, Avropa üçün vacib olan məsələləri müzakirə etmək üçün ən yaxşı imkandır.

“Avropa Siyasi Birliyi formatı avropalı liderlər üçün mühüm platformaya çevrilib. Avropa regionuna aid bütün mühüm məsələlər müzakirə olunur. Gürcüstan və Gürcüstanın Baş nazirinin bu müzakirələrdə, iqtisadi məsələlərlə bağlı müzakirələrdə iştirak etməsi bizim üçün çox vacibdir. Ümumilikdə, görüşlər, eləcə də müxtəlif ölkələrin nümayəndələri ilə ünsiyyət və Avropa üçün vacib olan məsələləri müzakirə etmək ən yaxşı formatdır” – Maka Bocorişvili bildirib.

Xarici işlər naziri bildirib ki, qeyd olunan formatda Fransa antinarkotik təşəbbüsü ilə çıxış edib, gürcü tərəfi bu təşəbbüsü dəstəkləyib.

“Bu formatda Avropanın yalnız təhlükəsizliyi deyil, həm də iqtisadi inkişafına aid müxtəlif təşəbbüslər var. Fransanın narkotiklərə qarşı mübarizədə Avropa ölkələrinin səylərini birləşdirmək təşəbbüsü var idi. Biz bu təşəbbüsə qoşuluruq. Gürcüstan üçün bu çox vacib məsələdir, xüsusilə son dövrlərdə bu problem üzərində iş, narkotiklərə qarşı mübarizə fəal gedir və Fransa tərəfindən bu formata təqdim olunan təşəbbüs bizim tərəfimizdən dəstəklənib” — Maka Bocorişvili bildirib.

Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayır.