Xarici işlər naziri Maka Bocorişvili Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və onun həyat yoldaşı Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib. Bu haqda məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.
Onların məlumatına əsasən, Maka Bocorişvili Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.
Xarici işlər naziri vəzifəsində Maka Bocorişvili Azərbaycan Respublikasına ilk rəsmi səfərini edib. Səfər çərçivəsində Bocorişvili Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə təkbətək, eləcə də geniş tərkibdə görüş keçirəcək. Görüşdən sonra iki ölkənin xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçiriləcək.