Maka Bocorişvili Azərbaycana rəsmi səfər edəcək
Maka Bocorişvili Azərbaycana rəsmi səfər edəcək

 
Xarici işlər naziri vəzifəsində Maka Bocorişvili yanvarın 16-da Azərbaycan Respublikasına ilk rəsmi səfərini edəcək. Məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.

Nazirliyin məlumatında, səfər çərçivəsində Maka Bocorişvilinin Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə həm təkbətək görüş, həm də geniş tərkibdə görüş keçirəcəyi deyilir. Görüşdən sonra iki ölkənin xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçiriləcək.

Həmçinin, nazir Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidəsi önünə əklil qoyacaq və həlak olanların xatirəsini ehtiramla yad edəcək.