Maka Boçorişvili – Azərbaycan və Ermənistan arasında sülh razılaşmasını alqışlayırıq, Gürcüstan regionda sülhün möhkəmləndirilməsinə və əməkdaşlığa töhfə verməyə hazırdır
Maka Boçorişvili – Azərbaycan və Ermənistan arasında sülh razılaşmasını alqışlayırıq, Gürcüstan regionda sülhün möhkəmləndirilməsinə və əməkdaşlığa töhfə verməyə hazırdır

Bir daha Azərbaycan və Ermənistan arasında əldə olunmuş sülh razılaşmasını alqışlayırıq və vurğulamaq istəyirəm ki, Gürcüstan regionda sülhün möhkəmləndirilməsinə və əməkdaşlığa töhfə verməyə hazırdır, – bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ATƏT-in Baş katibi Fəridun Sinirlioğlu ilə keçirdiyi birgə brifinqdə bildirib.

Maka Boçorişvilinin sözlərinə görə, Gürcüstanın Cənubi Qafqaz regionunda sülhə və sabitliyə töhfə vermək arzusu səmimidir.

“Sevincliyəm ki, ötən həftə Tbilisi üçtərəfli görüşə ev sahibliyi etdi – bu, Gürcüstan, Ermənistan və Azərbaycanın xarici işlər nazirlikləri arasında Tbilisidə keçirilən ilk görüş idi və ümid edirəm ki, bu formatda əməkdaşlığı regionun rifahı üçün davam etdirə biləcəyik.

Gürcüstan regional əməkdaşlığa böyük əhəmiyyət verir, xüsusən də o layihələrin həyata keçirilməsinə, hansılar ki bizim rolumuzu daha aydın şəkildə ortaya qoymağa, imkan və potensialımızdan daha səmərəli istifadə etməyə və iqtisadi inkişafı təşviq etməyə yönəlib. Bu baxımdan ATƏT çərçivəsində tərəfdaşlarımızla əməkdaşlıq bizim üçün çox önəmlidir və bu kontekstdə, Gürcüstana səfər etdiyiniz və bu mövzuların, o cümlədən regional əməkdaşlığın müzakirəsi üçün təşəkkür edirəm,” – deyə Maka Boçorişvili bildirib.