Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili Avstriya Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Robert Qerşner ilə görüş keçirib.
Xarici İşlər Nazirliyinin məlumatına əsasən, görüşdə ikitərəfli əməkdaşlığın mühüm məsələlərinə toxunulub, bu kontekstdə ölkələr arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri vurğulanıb. Tərəflər iki ölkə arasında siyasi dialoqun gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Görüşdə Gürcüstan və Avstriya arasında iqtisadi və sahəvi əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyinə diqqət yetirilib. Həmçinin, Gürcüstanla Avropa İttifaqı arasında münasibətlərə də toxunulub.
Avropaya inteqrasiya yolunda Avstriya Respublikasının dəstəyinin əhəmiyyəti qeyd olunub.
Nazir Avstriya tərəfinə Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə göstərilən qəti dəstəyə görə təşəkkür edib.
Tərəflər cari gündəmlə əlaqəli məsələlər və ikitərəfli əməkdaşlığı dərinləşdirmək istiqamətində birgə işləməyə hazır olduqlarını bildiriblər.