Maka Bocorişvili Avstraliya İttifaqının yeni təyin olunmuş səfiri ilə görüşüb
Maka Bocorişvili Avstraliya İttifaqının yeni təyin olunmuş səfiri ilə görüşüb

 

Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili Avstraliya İttifaqının səfiri Sali-En Vinsentlə görüş keçirib.

Nazirliyin mətbuat xidmətinin məlumatına əsasən, görüşdə tərəflər ölkələr arasında mövcud dostluq münasibətləri, ikitərəfli əməkdaşlığın aktual məsələləri və əlaqələrin dərinləşdirilməsi imkanları haqqında danışıblar.

“Sakit okean regionu ölkələri ilə əməkdaşlığın möhkəmləndirilməsinə dəstək çərçivəsində Avstraliyanın xüsusi rolu vurğulanıb. Ölkələr arasında ticarətin inkişafı və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi istiqamətində gələcək fəaliyyətə toxunulub.

Tərəflər regionda cari mühüm hadisələrlə bağlı məlumat mübadiləsi aparıblar. Yüksək səviyyəli səfərlərin mübadiləsinin və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilib.

Maka Bocorişvili Avstraliyanın səfirini vəzifəyə təyin olunması münasibətilə təbrik edib və gələcək fəaliyyətində ona uğur arzulayıb” – Gürcüstanın Xarici İşlər Nazirliyi tərəfindən yayılmış məlumatda deyilir.