Maka Bocorişvili Avropa məsələləri üzrə Çinin xüsusi nümayəndəsi ilə görüşüb
Maka Bocorişvili Avropa məsələləri üzrə Çinin xüsusi nümayəndəsi ilə görüşüb

 

Dubrovnik İllik Forumu çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili Çin hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Lu Şaie ilə görüş keçirib.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında, görüşdə Gürcüstan və Çin arasında strateji tərəfdaşlıq nəticəsində yaranmış əlaqələrin vurğulandığı deyilir.

Onların məlumatına əsasən, əməkdaşlığın daha da möhkəmlənməsinə kömək edən son dövrlərdə edilən yüksək səviyyəli səfərlər qeyd olunub.

“Ölkələr arasında ticari-iqtisadi əlaqələrin gücləndirilməsinə xüsusi diqqət ayrılıb. Təhsil, turizm, mədəni-humanitar və xalqlar arasında əlaqələr sahəsində əməkdaşlığın dərinləşdirilməsi potensialına toxunulub. Gürcüstanın tranzit potensialı və bu istiqamətdə region ölkələri ilə əməkdaşlığı vurğulanıb. Görüşün sonunda tərəflər Gürcüstan və Çin arasında nəticəyönümlü əməkdaşlığın həm ikitərəfli, həm də beynəlxalq arenada gələcəkdə də səmərəli şəkildə davam edəcəyinə ümidvar olduqlarını bildiriblər” – Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.