Maka Bocorişvili - Avropa Komissiyasının hesabatı olduqca mühümdür, çünki bir çox istiqamətləri konkret olaraq qiymətləndirir, Gürcüstanın əldə etdiyi irəliləyişi yaxşı əks etdirir
Dünən dərc olunmuş hesabat olduqca mühüm sənəddir, çünki o, Gürcüstan və Avropa İttifaqı arasında münasibətlərdə bir çox istiqamətləri konkret olaraq qiymətləndirir, Gürcüstanın əldə etdiyi irəliləyişi yaxşı əks etdirir – bu haqda Gürcüstan Parlamentinin Avropaya İnteqrasiya Komitəsinin sədri Maka Bocorişvili deyib.
Bocorişvili, Avropa İttifaqına inteqrasiya prosesinin kifayət qədər çətin və uzunmüddətli proses olduğunu bildirib.
“Buna olduqca çox istiqamətdə çalışmaq və işləməyə davam etmək lazımdır. Bu, bizim istəyimiz və məqsədimizdir. Biz bunu gizlətməmişik və deyirik ki, 2028-ci il üçün Gürcüstan assosiativ sazişin 90%-dən çoxunu yerinə yetirmiş olacaq, bu isə o deməkdir ki, hər il bu hesabatda Gürcüstanın müxtəlif istiqamətlərdə əldə edəcəyi irəliləyiş öz əksini tapacaq. Tənqidi tərəflərə gəlincə, sənəddə tövsiyələr və tənqidi qiymətləndirmələr də var, biz bunu çox diqqətlə öyrənəcəyik, Avropa Komissiyasının tənqidi qiymətləndirmələrinə cavab vermək üçün nə etmək olar. Qanunlara gəlincə, Gürcüstan Parlamentinin qəbul etdiyi qanunlar ölkənin, gürcü cəmiyyətinin obyektiv ehtiyaclarına əsaslanır. Avropa İttifaqının narahatlığından danışa bilərik, məsələn, Şəffaflıq Qanunu ilə bağlı. LGBT təbliğatına gəlincə, bu, əslində ailə dəyərlərinin qorunması haqqında qanundur. Qanunun guya ayrı-seçkilik olması ilə bağlı narahatlıqlar, biz bunu da müzakirə edə bilərik. Ən mühümü və gürcü tərəfinin gözləntisi odur ki, digər namizəd ölkələr kimi bizim də Avropa İttifaqı ilə konstruktiv dialoq aparmaq imkanımız olacaq. Gürcüstana münasibətdə Avropa İttifaqı başqa yanaşmadan istifadə etməyəcək, bunun üçün də heç bir əsas yoxdur” – Bocorişvili bildirib.
Avropa Komissiyası Avropa İttifaqının genişlənməsi haqda 2024-cü ilin hesabatını dərc edib.