Maka Bocorişvili ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşüb

19:38, 23.09.2026

 

BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Gürcüstanın vitse baş naziri, xarici işlər naziri Maka Bocorişvili ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.

Görüşdə tərəflər ATƏT-in gündəliyində duran aktual məsələləri müzakirə ediblər. Təşkilat çərçivəsində əməkdaşlığa diqqət yetirilib.

Həmçinin regiondakı vəziyyət və təhlükəsizlik çağırışlarına toxunulub. Münaqişənin sülh yolu ilə tənzimlənməsi prosesində ATƏT-in iştirakının və bu istiqamətdə təşkilatın mühüm rolunun vacibliyi vurğulanıb.

Məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayır.

Oxşar