Maka Bocorişvili ATƏT-in nazirlər görüşü çərçivəsində Ermənistanın xarici işlər naziri ilə görüşüb
Maka Bocorişvili ATƏT-in nazirlər görüşü çərçivəsində Ermənistanın xarici işlər naziri ilə görüşüb

 
Xarici işlər naziri Maka Bocorişvili ATƏT-in nazirlər görüşü çərçivəsində Maltada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

Ermənistanın Xarici İşlər Nazirliyinin rəhbəri gürcü həmkarını xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə tərəflər Gürcüstan və Ermənistan arasında mövcud dostluq münasibətlərini və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. İqtisadiyyat və ticarət istiqamətlərinə xüsusi diqqət yetirilib, eləcə də bölgənin tranzit potensialı qeyd olunub.

Gürcüstan və Ermənistan arasında mədəniyyət, təhsil və xalqlar arasında əlaqələr istiqamətində əməkdaşlığa müsbət qiymət verilib.

Məlumatı xarici işlər nazirliyinin mətbuat xidməti yayır.