Maka Bocorişvili - ATƏT/Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun yekun rəyini, hökumət tərəfindən beynəlxalq təşkilatlarla əməkdaşlıqla hansısa addımların atılacağı ilə bağlı tövsiyələri gözləyəcəyik
Maka Bocorişvili - ATƏT/Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun yekun rəyini, hökumət tərəfindən beynəlxalq təşkilatlarla əməkdaşlıqla hansısa addımların atılacağı ilə bağlı tövsiyələri gözləyəcəyik

 

ATƏT/Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun nöqsanlarla bağlı tövsiyələrin daha müfəssəl şəkildə yazılacağı yekun rəyini gözləyəcəyik – bu haqda Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili bildirib.

O deyib ki, 26 oktyabr seçkilərində müşahidəçilərin haqqında danışdıqları müəyyən nöqsanlar olub, tövsiyələr və sonra parlament və hökumətlə işləmək lazımdır.

“İlkin qiymətləndirmələr çox vaxt ATƏT/Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən bir neçə həftədən sonra dərc edilən böyük rəyin əsasını təşkil edir, lakin, əlbətdə bu rəy daha müfəssəl olacaq. Tövsiyələr də daha müfəssəl şəkildə yazılacaq. Əgər indiyədək biz ilkin qiymətləndirmələri eşidirdiksə, Gürcüstanda seçki prosesinin gedişatı ilə bağlı yaxşı və müsbət olan aralıq rəyi və artıq daha sonra ilkin rəyi görmüşüksə, indi nöqsanlarla bağlı tövsiyələri gözləyəcəyik. Biz demirik ki, hər şey idealdır, müşahidəçilərin diqqət çəkdiyi müəyyən nöqsanlar var idi, lakin bunun üçün tövsiyələr və sonra parlament və hökumətlə işləmək lazımdır ki, əgər hansısa addımlar atılacaqsa, “Gürcü Arzusu” tərəfindən atılsın, lakin bu, müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıqla baş verməlidir” – Maka Bocorişvili bildirib.