Maka Bocorişvili Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin baş məsləhətçisi Uayt Tolke ilə görüşüb
Maka Bocorişvili Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin baş məsləhətçisi Uayt Tolke ilə görüşüb

 

Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin baş məsləhətçisi Uayt Tolke ilə görüşüb.

Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına əsasən, görüşdə Amerika Birləşmiş Ştatları ilə Gürcüstan arasında münasibətlərə, əməkdaşlıq perspektivləri və regiondakı cari proseslərə toxunulub.

“Qeyd olunub ki, Gürcüstan ABŞ-nin vacib tərəfdaşıdır. Xarici işlər naziri gürcü tərəfinin Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlığı yeniləmək ilə əlaqədar hazır olduğunu bir daha vurğulayıb. Tərəflər regionda və dünyada mövcud təhlükəsizlik çağırışlarını müzakirə ediblər. Gürcüstanın regionda sülh və sabitliyin təmin edilməsi baxımından mühüm rolu vurğulanıb” – Xarici İşlər Nazirliyinin məlumatında deyilir.