Maka Bocorişvili Abu-Dabidə “Raisina Middle East” konfransında iştirak edəcək

14:14, 14.10.2026

 

Gürcüstanın vitse-baş naziri, xarici işlər naziri Maka Bocorişvili oktyabrın 14-15-də Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək və Birləşmiş Ərəb Əmirlikləri və Hindistanın xarici işlər nazirlikləri, eləcə də “Observer Research Foundation” analitik-tədqiqat təşkilatı tərəfindən təşkil olunmuş “Raisina Middle East” konfransında iştirak edəcək.

Gürcüstanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti konfrans çərçivəsində Maka Bocorişvilinin “Dayanıqlılıq, tərəfdaşlıq və gələcəyin yolu: Fars körfəzi regionunun strateji gələcəyi” mövzusunda panel müzakirəsində iştirak edəcəyinə dair məlumat verir.

Tədbir çərçivəsində həmçinin xarici işlər nazirinin ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.

Oxşar