Maka Boçorişvili ABŞ-ın işlər vəkili Kortni Ostrian ilə görüşüb
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Amerika Birləşmiş Ştatlarının yeni təyin olunmuş müvəqqəti işlər vəkili Kortni Ostrian ilə görüşüb.
Maka Boçorişvilinin sözlərinə görə, görüşdə Gürcüstanla ABŞ arasındakı münasibətlər və əməkdaşlıq perspektivləri müzakirə olunub.
“Bu gün ABŞ-ın Gürcüstandakı yeni təyin olunmuş müvəqqəti işlər vəkili Kortni Ostrian ilə görüşdüm. O, bu gün vəzifəsinin icrasına başlayıb. Gürcüstanla Amerika Birləşmiş Ştatları arasındakı münasibətləri və əməkdaşlıq perspektivlərini müzakirə etdik”, – deyə Maka Boçorişvili bildirib.
Məlumat üçün bildirək ki, bu gün ABŞ-ın Gürcüstandakı səfirliyi ABŞ-ın Gürcüstandakı müvəqqəti işlər vəkilinin Kortni Ostrian olacağı barədə məlumat yayıb.