Maka Bocorişvili ABŞ Dövlət Departamentinin nümayəndələri Çarlz İok və Piter Andreoli ilə görüşüb
Maka Bocorişvili ABŞ Dövlət Departamentinin nümayəndələri Çarlz İok və Piter Andreoli ilə görüşüb

 

Gürcüstanın vitse-baş naziri, xarici işlər naziri Maka Bocorişvili Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin nümayəndələri Çarlz İok və Piter Andreoli ilə görüşüb.

Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına əsasən, görüş çərçivəsində Gürcüstan və ABŞ arasındakı ikitərəfli münasibətlər və əməkdaşlıq perspektivləri müzakirə olunub. “Orta Dəhliz”ə və Gürcüstanın regional əlaqələndirici və nəqliyyat qovşağı kimi roluna diqqət yetirilib.

“Birləşmiş Ştatların Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qəti dəstəyi vurğulanıb.

Hər iki tərəfdən ikitərəfli əməkdaşlığın gücləndirilməsi məqsədilə işlərin davam etdirilməsinə dair qəti hazırlıq ifadə olunub” — Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatında deyilir.