Maka Boçorishvili Münhen Təhlükəsizlik 62-ci Konfransında iştirak edəcək

11:47, 13.02.2026

Gürcüstanın xarici işlər naziri Maka Boçorishvili Münhen Təhlükəsizlik Konfransının 62-ci sessiyasında iştirak edəcək.

Bu barədə məlumat Gürcüstan Xarici İşlər Nazirliyi tərəfindən verilib.

“Konfrans çərçivəsində xarici işlər naziri həmkarları ilə, beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirəcək və panel müzakirəsində iştirak edəcək”, – nazirliyin məlumatında qeyd olunub.

Münhen Təhlükəsizlik Konfransının 62-ci sessiyası bu gün başlayır və 15 fevralda başa çatacaq.

Oxşar