Maka Bochorishvili Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov ilə telefon danışığı aparıb
Maka Bochorishvili Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov ilə telefon danışığı aparıb

Gürcüstanın Xarici İşlər Naziri Maka Bochorishvili Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov ilə telefon danışığı aparıb.

Bunu Xarici İşlər Nazirliyi yayımladığı məlumatda bildirir.

Nazir Bochorishvili Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında dronlarla həyata keçirilmiş hücum nəticəsində bir neçə vətəndaşın yaralanması ilə bağlı dərin narahatlığını ifadə edib.

“Nazir regionda sülh və sabitliyin qorunmasının əhəmiyyətini vurğulayıb.

Nazirlər Gürcüstan və Azərbaycan arasında mövcud olan strateji və dostluq əlaqələrinin möhkəmliyini bir daha təsdiqləyiblər,” – deyə Xarici İşlər Nazirliyi məlumatında qeyd edib.

Hadisə ilə bağlı Gürcüstan Xarici İşlər Nazirliyi rəsmi bəyanat da yayıb