Maka Bocorişvili İsveçrə səfiri ilə vida görüşü keçirib

23:00, 24.06.2026

 

Gürcüstanın vitse-baş naziri, xarici işlər naziri Maka Bocorişvili İsveçrə Konfederasiyasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Haidi Qraus ilə vida görüşü keçirib.

Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına əsasən, görüşdə tərəflər Gürcüstan və İsveçrə Konfederasiyası arasında həm ikitərəfli, həm də çoxtərəfli formatlarda münasibətlər haqda danışıblar.

“İsveçrənin Gürcüstan və Rusiya arasında vasitəçi kimi mühüm rolu qeyd edilib.

Həmçinin, ATƏT-ə sədrlik və təşkilat çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub.

Maka Bocorişvili səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb” – Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.

Oxşar