Macarıstanın neft emalı zavodlarından birində güclü partlayış baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, yaralananlar var
Macarıstanda, neft emalı zavodlarından birində güclü partlayış baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, yaralananlar var. Bu barədə Peter Magyar sosial şəbəkədə məlumat paylaşıb.
Onun məlumatına görə, hadisə Tiszaújváros şəhərində baş verib. Neft emalı zavodu MOL Group şirkətinə məxsusdur.
Macarıstan baş nazirinin bildirdiyinə görə, partlayışdan sonra yanğın baş verib və nəticədə ən azı yeddi nəfər yaralanıb. Yanğının söndürülməsi və nəticələrin aradan qaldırılması işləri hələ də davam edir.
Məlumata görə, hadisə yerinə enerji naziri İştvan Kapitani və Zsolt Hernadi gedərək vəziyyətlə tanış olub və koordinasiya işlərini həyata keçiriblər.
Partlayışın səbəbləri ilə bağlı rəsmi məlumat hələ açıqlanmayıb.