Macarıstanın hakim partiyası tərəfindən Konstitusiyaya dəyişiklik layihəsi təqdim edilib. Layihəyə əsasən, baş nazir vəzifəsini maksimum səkkiz il, yəni iki müddət ərzində tutmaq mümkün olacaq
Macarıstanın yeni hakimiyyəti baş nazir vəzifəsində qalma müddətinin səkkiz illə məhdudlaşdırılması təşəbbüsünü rəsmi şəkildə təqdim edib.
Tisza Partiyası parlamentə Konstitusiyaya dəyişiklik layihəsi təqdim edib. Layihəyə əsasən, baş nazir vəzifəsini maksimum səkkiz il, yəni iki müddət ərzində tutmaq mümkün olacaq.
Macarıstanın baş naziri Peter Magyar bildirib ki, parlament çoxluğundan istifadə edərək Fidesz tərəfindən qəbul olunmuş qanunları dəyişəcək, həmçinin demokratik nəzarət və balans sistemini bərpa edəcək.
Konstitusiya dəyişiklikləri layihəsinə görə, artıq səkkiz il baş nazir olmuş şəxslər yenidən bu vəzifəyə seçilə bilməyəcəklər.
Sənəddə həmçinin qeyd olunur ki, baş nazir ümumilikdə səkkiz il və ya iki müddət başa çatdıqdan sonra vəzifəni tərk etməyə borclu olacaq.
Reuters yazır ki, dəyişikliklər həm də Suverenliyin Müdafiəsi Xidmətinin ləğvinə yol açır. Agentliyin məlumatına görə, bu qurum Viktor Orban hakimiyyəti tərəfindən 2023-cü ildə yaradılmışdı və Macarıstanın suverenliyi üçün “təhlükə” hesab edilən media qurumlarının siyahısını hazırlayırdı.
Məlumat üçün bildirək ki, hazırda Macarıstan Konstitusiyasında baş nazirin vəzifə müddəti ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmayıb.