Macarıstanda Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin rəsmi qarşılanma mərasimi keçirilib
Macarıstanda Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin rəsmi qarşılanma mərasimi keçirilib

 

Baş nazir İrakli Kobaxidzenin rəhbərliyi ilə Gürcüstanın hökumət nümayəndə heyətinin Macarıstana rəsmi səfəri başlayıb.

Macarıstanın Baş nazirinin sarayında rəsmi qarşılama mərasimi keçirilib. Macarıstanın Baş naziri Viktor Orban gürcü həmkarına ev sahibliyi edib.

İki ölkənin dövlət himnləri səsləndirilib. Gürcüstan və Macarıstanın baş nazirləri bir-birinə nazirlər kabinetinin üzvlərini təqdim ediblər.

Rəsmi səfər çərçivəsində İrakli Kobaxidze və Viktor Orbanın təkbətək görüşü planlaşdırılır. İki ölkənin nazirlər kabinetinin üzvləri arasında ikitərəfli formatda danışıqlar baş tutacaq, bundan sonra da Gürcüstan–Macarıstan Hökumətlərarası Komissiyanın iclası keçiriləcək.
Komissiyanın iclası başa çatdıqdan sonra Gürcüstan və Macarıstan baş nazirlərinin birgə mətbuat konfransı planlaşdırılır.