Macarıstanda qəza nəticəsində 12 nəfər həlak olub, ən azı 10 nəfər ağır yaralanıb

10:33, 17.08.2026

 

Macarıstanda qəza nəticəsində 12 nəfər həlak olub, ən azı 10 nəfər ağır yaralanıb. Bu barədə “Reuters” yazır.

Macarıstanın Baş naziri Peter Madyar, 57 polyak zəvvar və iki sürücünün olduğu avtobusun ziyarətgahdan Polşaya qayıdarkən təxminən gecə saat 01:00 radələrində yoldan çıxaraq aşdığını bildirib.

“Bütün oturacaqlar qopmuşdu, insanlar oturacaqların altında idilər, hamı kömək istəyirdi” – qəzadan sağ çıxan sərnişin danışır.

Polisin ilkin məlumatına əsasən, ehtimal ki, avtobusun sürücüsü sükan arxasında yuxulayıb, o saxlanılıb.

Polşa Prezidenti Karol Navrotski faciəyə görə kədərini ifadə edib.

Oxşar